Prokurorluqdakı ölümlə bağlı - AÇIQLAMA


18:56     01 İyul 2015 prok94.jpg

Baş Prokurorluq Səbail rayon Prokurorluğunda baş verən ölüm hadisəsinə aydınlıq gətirib.


Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, bəzi KİV-də Səbail rayon prokurorluğunun inzibati binasında guya prokurorluğunun əməkdaşının yıxılaraq, vəfat etməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir: “Vəfat edən şəxs prokurorluq əməkdaşı deyil”.

E. Sultanovun sözlərinə görə, Səbail rayon prokurorluğu və daha 10-a yaxın şirkətin yerləşdiyi binanın pilləkən qəfəsində mülki vətəndaşın yıxılaraq vəfat etməsi ilə bağlı dərhal hadisə yerinə məhkəmə-tibbi ekspertləri dəvət edilib. İlkin müayinə zamanı həmin şəxsin ürək tutmasından vəfat etdiyi müəyyənləşib. Bu barədə mərhumun yaxınları məlumatlandırılıb və meyit onlara təhvil verilib: “Qohumlarının dediyinə görə, mərhum uzun müddətdir, ürək-damar çatışmazlığından əziyyət çəkirmiş”.

Qeyd edək ki, bu gün bəzi KİV-də Səbail rayon Prokurorluğunun əməkdaşının prokurorluğun inzibati binasında yıxılaraq ölməsi barədə məlumatlar yayılıb./apa/

Açar sözlər:

Oxunub: 733


Oxşar xəbərlər