Təyyarədə doğulan uşaq Azərbaycan vətəndaşı sayılırmı?

Təyyarədə doğulan uşaq Azərbaycan vətəndaşı sayılırmı?


00:55     09 Fevral 2018 photo_295748.jpg

Femida.az vətəndaşlara hüquqi yardım və maarifləndirmə mövzusu ətrafında işini davam etdirir.



Azərbaycan Respublikasının hava məkanında doğulan uşaq həmin ölkənin vətəndaşı hesab oluna bilərmi sualı ətrafında olacaq.


Mövzu ilə bağlı suallara hüquqşünas Cəmil Adışov aydınlıq gətirib.

“Vətəndaşlıq şəxslə dövlət arasında qarşılıqlı hüquq və vəzifələrin mövcudluğunda təzahür edən sabit, möhkəm, siyasi-hüquqi əlaqədir. Vətəndaşlıq məsələsi ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının 52-ci və 53 -cü maddələri, daha sonra, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli qanunu, "Vətəndaşlıq haqqında" 7 noyabr 1997 -ci il tarixli Avropa Konvensiyası, "Çoxvətəndaşlıq hallarının azaldılması və çoxvətəndaşlıq hallarında hərbi vəzifələrin icrası haqqında " 1963-cü il tarixli Konvensiya, "Apatridlərin statusu haqqında " 1954-cü il tarixli Konvensiya, "Vətəndaşsızlıq hallarının azaldılması haqqında " 1961-ci il 30 avqust tarixli Konvensiya və digər bu kimi beynəlxalq sənədlərlə nizama salınır.

Ümumiyyətlə, ilk növbədə qeyd etməliyəm ki, valideynlərin hər ikisi eyni dövlətin vətəndaşı olduqda uşaqların vətəndaşlığı barədə heç bir problem yaranmır. "Qan hüququ" prinsipi istisnasız tətbiq olunur. Problem valideynlər müxtəlif dövlətlərin vətəndaşları ya da vətəndaşlığı olmayan şəxslər olduqda yaranır. Belə olan halda "torpaq hüququ" prinsipi öz yardımçı rolunu oynayır. Konsti-tusiyanın 52-ci maddəsi bəyan edir ki, Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Burada Qan hüququ prinsipi və hava gəmisinin hansı ölkə atributlarını daşıdığı əsas rol oynayır. Habelə doğumun hansı ölkənin atributlarını daşıyan hava gəmisindən asılı olmayaraq, doğumun hansı dövlətin ərazisində baş verməsi də hüquqi baxımdan bir sıra ziddiyyətlərə gətirib çıxarır.”

Hüquqşünas Fariz Namazlı :

“ Vətəndaşsızlıq hallarının azaldılmasına dair Konvensiyanın 3-cü maddəsi: Razılığa gələn Dövlətlərin bu Konvensiyaya müvafiq olaraq öhdəliklərini müəyyənləşdirmək məqsədilə, dəniz və ya hava gəmisində doğum, konkret haldan asılı olaraq, ya dəniz gəmisinin bayrağı altında üzdüyü dövlətin, ya da hava gəmisinin qeydə alındığı dövlətin ərazisində baş vermiş sayılır“.

Hüquqşünas Səbuhi Axundov:

“Azərbaycanın hava məkanına daxil olan təyyarədə doğulmuş uşaq vətəndaşlıq əldə edə bilərmi? Qanula ola bilər vətəndaş. Çünki Azərbaycan Respublikasının ərazisi Konstitusiyanin 11-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyanin 52-ci maddəsinə əsasən,Vətəndaşlıq hüququnun anlayısı ərasi məsələsini tamalayır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır“.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 17326