Kılıçdaroğlu və Baxçalı Ərdoğanla görüşür


20:09     25 İyul 2016 erdogan%20bahceli%20klicd.jpg

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdindən sonra Prezident İqamətgahında liderlərin zirvə görüşü başlayıb.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə reallaşan görüşdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, baş nazir Binəli Yıldırım, müxalifət Cümhuriyyət Xalq partiyasınln sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasını lideri Dövlət Baxçalı iştirak edir.



Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri isə görüşə gəlməyib. Görüş zamanı müxalifətin yaranmış vəziyyətlə bağlı təklifləri müzakirə olunacaq.



Qeyd edək ki, müxalifət liderləri Ərdoğanın prezidentliyi dövründə ilk dəfədir ki, iqamətgahı ziyarət edirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1449