Sabah Ağdaşda qaz olmayacaq


22:15     26 İyul 2016 1432729161_qaz.jpg

İyulun 27-də saat 10:00-dan 18:00-a qədər “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İsmayıllı”, “Kürdmaşı”, “İvanovka” və “Talıstan”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Dəhnəxəlil”, Astara magistral qaz kəmərləri sahəsinin “Masallı”, ”Tüklə”, “Xarxatan” və “Avrora” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.


SOCAR-dan Femida.az-a verilən xəbərə görə, təmir müddətində Ağdaş rayonunun Dəhnə, Çüyə, Şəkili və Ərəbocağı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Masallı, Lənkəran və İsmayıllı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Femida.az

Açar sözlər:

Oxunub: 1141