Polis polkovniki dünyasını dəyişdi


15:03     27 İyul 2016 polis%20polkovniki.jpg

Sabiq polis polkovniki Yenisey Haciyev uzun sürən ağır xəstəlikdən sonra ötən gecə dünyasını dəyişib.


Femida.az xəbər verir ki, Y.Hacıyev xərçəng xəstəlindən əziyyət çəkirdi və 3 il idi ki, müalicə alırdı. Lakin buna baxmayaraq, o, iyulun 26-dan 27-nə keçən gecə 69 yaşında vəfat edib.

Qeyd edək ki, Naxçıvandakı Əkbər Ağayev adına Naxçıvan şəhər internat məktəbin məzunu olan polkovnik Yenisey Hacıyev Naxçıvan Muxtar Respublikası Babək rayon Polis Şöbəsinin. Naxçıvan Hava Limani Polis Şöbəsinin, MR-nin Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin, Bakının Suraxanı və Nəsimi rayonlarının polis idarələrinin rəisi, Naxçıvan MR Ali Məclisinin deputatı kimi fəaliyyət göstərib. Onun ən son iş yeri isə Bakı Şəhər İcra Hakimiyyəti olub.(milli.az)

Femida.az

Açar sözlər:

Oxunub: 3715