Baş nazir İranın nümayəndə heyətini qəbul etdi


22:10     16 Aprel 2015 artur.jpg

Baş nazir Artur Rasizadə İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında mövcud iqtisadi-mədəni əlaqələrdən söz açılıb, hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərin inkişafında müsbət rol oynadığı bildirilib.

Daha sonra beynəlxalq və regional əməkdaşlıq, terrorçuluq və ekstremizmlə mübarizə mövzusuna toxunan A. Rasizadə Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkün olduğunu vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 904