MSK-da referendumla bağlı ekspert qrup yaradılıb


15:12     28 İyul 2016 msk07.jpg

Mərkəzi Seçki Komissiyasının (MSK) ötən gün keçirilən iclasında vətəndaşların referendumda iştirak hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) keçirilməsi dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb.


Femida.az-ın məlumatına görə, ekspert qrupuna aşağıda adları qeyd olunan şəxslər daxildir:

Ramiz İbrahimov – Mərkəzi Seçki Komissiyasının üzvü;

Validə Kazımova – Mərkəzi Seçki Komissiyasının üzvü;

İlham Məmmədov – Mərkəzi Seçki Komissiyasının üzvü;

Qabil Orucov – Mərkəzi Seçki Komissiyasının üzvü;

Bəxşeyiş Əsgərov – Mərkəzi Seçki Komissiyasının üzvü;

Tofiq Həsənov – Mərkəzi Seçki Komissiyasının üzvü;

İlkin Şahbazov – Mərkəzi Seçki Komissiyasının üzvü;

İradə Hacıyeva – Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin müdiri);

Rafiq Abbasov – Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin baş məsləhətçisi).

MSK-nın qərarına əsasən, dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq, müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması həmin seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib.


Açar sözlər:

Oxunub: 931