Bu gün TBMM sədri müəyyən olunacaq


23:52     01 İyul 2015 siaphoto_486828.jpg

Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin seçilməsi üçün bu gün 3-cü tur səsverməsi keçiriləcək.


Femida.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu turda da nəticə əldə edilməsə, yeni Məclis sədri dördüncü tur səsverməsindən sonra təyin ediləcək. Birinci tur səsverməsində namizədlərdən heç biri seçilmək üçün lazımlı olan səsçoxluğunu (367) əldə edə bilməmişdi.

Qeyd edək ki, ilk turda TBMM sədrliyinə namizədlər arasında Milli Müdafiə naziri və AK Partiya Sivas Millət vəkili İsmət Yılmaz 256 səs əldə etmişdi. CHP Antalya millət vəkili Dəniz Baykal 125, MHP İstanbul millət vəkili Əkmələddin İhsanoğlu 81 və HDP Mersin mllət vəkili Dengir Mir Məhmət Fırat isə 81 səs əldə etmişdi. 2 səs etibarsız sayılmışdı. Əgər 3-cü turda da lazımi səs toplanılmasa, 4-cü tur səsverməsində ən çox səs əldə edən namizəd TBMM sədri seçilmiş olacaq.

Açar sözlər:

Oxunub: 729