Azərbaycanda hepatitə yoluxanların sayı açıqlanıb


16:21     28 İyul 2016 hepat.jpg

Hepatit virusları xəstəliyin müayinə və müalicəsi, bu xəstəlikdən qorunma istiqamətlərində Azərbaycanda çox əhəmiyyətli addımlar atılır.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, bu addımlardan biri də, Hepatit virusuna yoluxmuş xəstələrin müəyyən edilməsi, qeydiyyatının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicəsinin təşkili məqsədilə müvafiq Komissiyanın yaradılması olub. Hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilib və digər işlər həyata keçirilib.

Qeyd olunub ki, bu ilin birinci və ikinci rüblərində xəstələr tərəfindən B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komisiyaya 1388 müraciət (tibbi sənədlər) təqdim olunub və baxılıb:

“Nəticə olaraq 3533 şəxsin müalicəsi haqqında (48 həftə - 1032, 24 həftə - 2501) qərar qəbul edilib. PZR müayinəsinə göndərilmiş xəstələrin ümumi sayı – 990 nəfər təşkil edib. Hepatit B virusunun sağlam daşıyıcıları – 577 nəfər, Hepatit B və Hepatit D koinfeksiyasının – 58 nəfər, Hepatit B və Hepatit C koinfeksiyasının – 77 nəfər, Qaraciyər sirrozundan əziyyət şəkənlərin sayı – 260 nəfər təşkil edib”.

Açar sözlər:

Oxunub: 1289