54 il sonra Kubada səfirlik açılır


04:09     02 İyul 2015 98180.jpg

ABŞ prezidenti Barak Obama, prezident köməkçisi Joe Biden Ağ Evdə jurnalistlərin qarşısına çıxaraq ABŞ-Kuba münasibətləri barədə açıqlama verib.


Obama 54 ildən artıq soyuq müharibədə olduğu Kuba ilə münasibətlərin normallaşdığını bildirib.

ABŞ prezidenti qarşılıqlı olaraq səfirliklərin açılacağını qeyd edib:

“Bu gün ABŞ-ın rəsmi olaraq Kuba ilə diplomatik əlaqələri təkrar quracağını və qarşılıqlı olaraq səfirliklərin açılacağını elan edirəm. Bu tarixi bir addımdır. İki ölkə arasında qonşuluq münasibətləri bərpa ediləcək. Yay sonu Con Kerri Kubaya rəsmi səfər edəcək, Amerika bayrağını Kubadakı səfirliyimizdə dalğalandıracaq. Bu, simvolik bir addım deyil. Bir il qabaq bu mümkünsüz idi. Dəyişiklik budur. Səfirliklər dəqiq tarixlə desək 20 iyulda açılacaq”.

Qeyd edək ki, ABŞ-Kuba münasibətləri 1964-cü ildən etibarən pozulmuşdu. İki tərəf gərginliyin aradan qaldırılması üçün 6 aydır gərgin müzakirələr aparırdı./Qafqazinfo/

Açar sözlər:

Oxunub: 770