Ərdoğandan parlament sədrinə təbrik


05:36     02 İyul 2015 RTR2W2FR.jpg

Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri İsmet Yılmazı təbrik edib.


Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan seçkilərdə 258 səslə qalib olan Yılmaza telefonla zəng vurub. Türkiyə prezidenti yeni parlament sədrini qalib olduğu üçün təbrik edib, yeni vəzifəsində uğurlar arzu edib.

Qeyd edək ki, bu gün AKP namizədi İsmət parlament sədri seçilib. İkinci əsas namizəd CHP-dən olan Deniz Baykal isə 189 səs toplayıb. Seçimdə 547 millət vəkili iştirak edib.

Açar sözlər:

Oxunub: 848