Tiflisdə Cümə məscidində kitabxana yaradılır
02:59 30 İyul 2016
Tiflisdəki tarixi Cümə məscidində dünya və yerli yazıçıların kitablarından ibarət kitabxana yaradılır.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov bildirib.
GMİ-nin şeyxi kitabxana yaratmaqda məqsədin gəncləri maarifləndirmək və onlarda kitab oxumağa həvəs oyatmaq olduğunu bildirib: “Hələlik kiçik həcmdə də olsa kitabxana təşkil etməkdə məqsədimiz soydaşlarımızın kitab oxumalarına şərait yaratmaq və bu vasitə ilə gənclərimizi kitab oxumağa həvəsləndirməkdir.”
Şeyx əlavə edib ki, kitabxanada Azərbaycan və gürcü dillərində Qurani-Kərimin tərcüməsi, görkəmli din alimlərinin kitabları ilə yanaşı azərbaycan və xarici yazıçı və şairlərin əsərləri də mövcuddur.
GMİ şeyxi Cümə məscidindəki kitabxananı zənginləşdirməyin vacib olduğunu, oxucuların istifadə etmədikləri kitabları isə yeni yaradılan kitabxanaya hədiyyə etməyi məsləhət görüb. O, bununla həm oxucuların sayının artacağını, həmçinin kitab oxumağa marağın da çoxalacağını bildirib.
Oxunub: 863
Oxşar xəbərlər
- Tiflisdə Novruz bayramı qeyd olunub
- Tiflisdə bankdan pul oğurlanıb
- Tiflisdə partlayış
- Tiflisdə Azərbaycanla bağlı kritik müzakirə
- Tiflisdə Rusiya əleyhinə etiraz aksiyası
- Tiflisdə bayrağımızı təhqir edənlər sərt cəzalandırılacaq
- Tiflisdən qaçan pinqvin - QAZAXDA
- Tiflisdə pələng insanlara hücum etdi: Ölən var
- Tiflisdəki daşqının günahkarı tapıldı - Fotolar
- Tiflisdə ölənlərin sayı 15-ə çatdı