Fazil İsgəndər dünyasını dəyişdi


19:38     31 İyul 2016 fazil%20iskender.jpg

Rusiyanın ən məşhur yazıçılarından olan Fazil İsgəndər bu gün 88 yaşında dünyasını dəyişib.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, Fazil Abduloviç İsgəndər Abxaziyanın Suxumi şəhərində anadan olub. 1938-ci ildə gələcək yazıçının atası SSRİ-dən deportasiya olunub və oğlunu bir daha görməyib.

Yazıçı ədəbiyyata 1957-ci ildə işıq üzü görən “Dağ cığırları” adlanan şeirlər kitabı ilə qədəm qoyub. 1962-ci ildən nəsr əsərləri yazmağa başlayıb. 1966-cı ildə çap olunan “Kozlotur bürcü” əsərindən sonra yazıçı kimi böyük şöhrət qazanıb.

F.İskəndərin əsərləri, demək olar ki, bütün Avropa dillərinə tərcümə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1365