Rusiya prezidenti Ermənistana gedəcəkmi? - Putin tapmacası


14:45     17 Aprel 2015 put666.jpg

Məlum olduğu kimi Ermənistan qondarma soyqırımın ildönümünə hazırlaşır. Bu məqsədlə qonşu dövlətlərin başçılarını İrəvana dəvət edib. Dünyanı isə Rusiya prezidenti Vladimir Putinin Rusiyaya gedib getməyəcəyi maraqlandırır.

Vladimir Putin Ermənistana gedəcəyi təqdirdə Rusiya -Türkiyə, Rusiya-Azərbaycan
münasibətlərinin nə səviyyədə dəyişəcəyi isə müzakirə predmeti olaraq qalır.

Femida.az politoloq Elxan Şahinoğlundan məsələ ilə bağlı münasibət öyrənib:
“Putin 24 apreldə İrəvana gedərsə, bu Kreml sahibinin Azərbaycana və Türkiyəyə xoş olmayan mesajı kimi qiymətləndiriləcək.

Azərbaycan və Türkiyə saxta soyqırım iddialarını qəbul etmir, buna qarşı müqavimət göstərirlər. Bakı və Ankara bu məsələdə İrəvana dəstək verən, “soyqırımın” 100 illik tədbirlərinə qatılacaq ölkə başçılarına tənqidi yanaşacaqlar. Ona görə də Putin üçün tərəzinin bir gözündə Ermənistandırsa, o biri gözündə Türkiyə və Azərbaycandır. Putin özü üçün müəyyənləşdirməlidir ki, hansı istiqamət onun üçün vacibdir.

Buna baxmayaraq, Putinin 24 apreldə İrəvanı seçməsi Türkiyə-Azərbaycan ittifaqının maraqlarına xidmət edir. Putin Krımı işğalına və Ukraynada separatçılara dəstəyinə görə, Qərb dövlətləri ilə münasibətlərini gərginləşdirib. Qərbin bir çox lideri Putinin əlini sıxmaq, onunla eyni tədbirdə görünmək istəmir. Bu səbəbdən Qərbin bir çox lideri 9 mayda Moskvada keçiriləcək Böyük Vətən Müharibəsinin qələbəsinin 70 illik yubiley mərasiminə qatılmayacaq. Eləcə də, bu liderlər 24 apreldə İrəvanda Putinlə eyni cərgədə görünmək istəməzlər. Təsadüfi deyil ki, Qərbin bir sıra lideri İrəvana getməyəcəklərini elan ediblər. Bu Ankaranın xeyrinədir. Buna görə də, Ermənistan hakimiyyəti 24 apreldə dünya liderlərini İrəvana toplamaqda çətinlik çəkir.”

Günay Arda
Femida.az


Açar sözlər:

Oxunub: 795