Uşağı evdə unudub “Pokemon Go” oynadılar

18:18     02 Avqust 2016 pokemon.jpg

ABŞ-ın Arizona ştatında maraqlı olay yaşanıb. Belə ki, başları “Pokemon Go” oynamağa qarışan cütlük 2 yaşlı övladlarını evdə yalnız qoyublar.


Femida.az xəbər verir ki, bu barədə `NBCnews` saytı məlumat yayıb.

Yerli polis bölməsindən verilən məlumata görə, hadisə Feniks şəhərinin cənubunda baş verib. 27 yaşlı Brent Daley və onun arvadı 25 yaşlı Brianne Daley ətraf ərazidə “Pokemon Go” oynayarkən 2 yaşlı övladları təqribən 90 dəqiqə evdə köməksiz vəziyyətdə qalıb. Bu müddət ərzində isti otaqda qalan uşaq içməyə su tapmayıb. Hadisədən xəbərdar olan qonşular polisə zəng vurub. Dərhal hadisə yerinə cəlb olunan polis əməkdaşları uşağın həyatını xilas edə biliblər.

Polis bölməsindən bildirilib ki, sözügedən valideynlər valideynlik hüququndan məhrum ola bilərlər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4875