Avtomobillərinizi sığortalayın. Yoxsa...


20:18     02 İyul 2015 yol2.jpg

Avtomobillərin sığortalı olub-olmamasının radarlar vasitəsilə müəyyən ediləcək.


Bu ilin sonun kimi Azərbaycanda avtomobillərin sığortalı olub-olmamasının radarlar vasitəsilə müəyyən edilməsi mümkün olacaq.

Femida.az xəbər verir ki, bu barədə, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dövlət Yol Polisinin müəyyən texniki vasitələri var ki, onlar avtomobilin nömrəsini oxumaqla avtomobil barədə məlumatları əldə edə bilirlər.

"Yaxın zamanlarda həmin texniki vasitələr İcbari Sığorta Bürosunun məlumat bazasına inteqrasiya olunacaq və radara düşən avtomobilin sığortalı olub-olmaması müəyyən ediləcək. Müəyyən texniki məsələlər həll olunandan sonra, bu, cari ilin sonuna mümkün olacaq”, — deyə o qeyd edib.

Açar sözlər:

Oxunub: 1190


Oxşar xəbərlər