“Bunun cəriməsi 150 manat yox, cəmi 50 manatdır“


19:12     03 Avqust 2016 cerime.jpg

Bu xətanın cəriməsi cəmi 50 manatdır, özü də avtomobilin həmin nasazlığı aradan qaldırıla bilmədikdə"


Avtomobilin mühərrikində işlənmiş qazların tərkibi normativə uyğun olmazsa, bunun cəriməsi 150 manat yox, cəmi 50 manatdır. Femida.az Avtosfer.az saytına istinadən xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov DYP-nin "Təmiz hava aylığı" üzrə tədbirləri barədə yayılan məlumatlarda yol verilən yanlışlığa münasibətində bildirib: "Son 2-3 gündə ən azı 20-30 nəfərin, o cümlədən KİV nümayəndələrinin bununla bağlı sualına cavab verməli olmuşam. Bir daha qeyd edim ki, bu xətanın cəriməsi cəmi 50 manatdır, özü də avtomobilin həmin nasazlığı aradan qaldırıla bilmədikdə".
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir.

Açar sözlər:

Oxunub: 5281