Xərçəngin diaqnostikasının yeni metdofu tapıldı


01:38     06 Avqust 2016 1470391268554815728_1000x669.jpg

Femida.az “informing.ru” saytına istinadla xəbər verir ki, Novosibirsk Dövlət Universitetinin (NDU) mütəxəssisləri qan plazmasının analizinin köməyi ilə onkoloji xəstəliklərin diaqnostikasının yeni metodunu kəşf ediblər.



Alimlərin fikrincə, xərçəng xəstələrinin və sağlam insanların qan plazması bir-birindən fərqlənir. Onlar xərçəng xəstələrini müəyyən etmək üçün spektroskopiyadan istifadə ediblər. Belə gözlənilməz nəticə qan plazmasında işığın kombinasiyalı səpələnməsi spektrlərinin tədqiqi zamanı alınıb.

Ancaq xərçəngin bu üsulla diaqnostikası üçün müvafiq xidmət tələb edən bahalı avadanlıq, çox böyük portativ cihazlar lazımdır.

NDU, Yarımkeçiricilər Fizikası İnstitutu və Elmi-Tədqiqat Terapiya və Profilaktik Təbabət İnstitutunun alimləri hazırda bu problemin həlli üzərində işləyirlər. Qeyd edək ki, həmin institutların sərəncamında qiyməti bir qədər ucuz olan daha yığcam cihazlar var.

Mütəxəssislər yığcam və qiymətinə görə sərfəli spektrometr hazırlaya bilsələr, belə bir cihaz hər bir xəstəxananın istifadəsində olacaq. Onda xəstəliyi müəyyən etmək üçün bir neçə dəqiqə vaxt, bir neçə damcı plazma, habelə biokimyəvi analiz tələb olunacaq.

Açar sözlər:

Oxunub: 1410


Oxşar xəbərlər