Çində 6,5 gücündə zəlzələ


14:40     03 İyul 2015 8130cee3-9fd0-4542-8257-ca3a5b75e7d6.jpg

Çinin Sincan-Uyğur Muxtar rayonunda yerli vaxtla saat 09:07-də 6,5 gücündə zəlzələ baş verib.


Femida.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Hotan şəhərindən 164 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Açar sözlər:

Oxunub: 670