Rasim Balayevin ad günüdür - 68 yaş


13:50     08 Avqust 2016 rasim%20balayev.jpg

Bu gün xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayevin doğum günüdür.


Femida.az -ın verdiyi məlumata görə xalq artisti 68 yaşını qeyd edir.

Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rol oynayıb. “Özbəkfilm”də, “Mosfilm”də və başqa studiyalarda filmlərə çəkilib.

1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. Bir sıra orden və medallarla təltif olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 13592