Avtomobil divara çırpıldı - sürücü öldü


13:54     08 Avqust 2016 qeza%20bas%20verdi7.jpg

Tovuzda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.


Hadisə avqustun 8-də Tovuz şəhərində qeydə alınıb.

Rayonun Yuxarı Öysüzlü kənd sakini, 1983-cü il təvəllüdlü Ramiz Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarındakı divara çırpılıb. Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. (Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 805