Şəkidə 17 yaşlı oğlanı ilan sancıb


14:47     08 Avqust 2016 ilan%20sancdi4.jpg

Şəkidə 17 yaşlı gənci ilan sancıb.



Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 7-si saat 21 radələrində rayonun Kiçik Dəhnə kənd sakini, 1999-cu il təvəllüdlü Fərman Qəni oğlu Mustafayev ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, Fərman Mustafayev yaşadığı evin həyətyanı sahəsində işləyərkən ilan onun sol əlinin said nahiyəsindən sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Fərman Mustafayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Həkim müdaxiləsindən sonra vəziyyəti stabilləşən Fərman Mustafayev bu gün səhər saatlarında evə buraxılıb.

Açar sözlər:

Oxunub: 892