Ramil Usubov Şəkiyə gedir


15:58     08 Avqust 2016 ramil%20usubov%20femida93.jpg

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqust ayının 27-də saat 10:00-da Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini Şəki Şəhər Rayon Polis Şöbəsində qəbul edəcək.


Bu barədə Femida.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1114