Piyadanı maşın vurub öldürdü


17:13     08 Avqust 2016 masin%20vurdu0.jpg

Bakıda avtomobil yoldan keçən şəxsi vurub.



Femida.az -ın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 7-də saat 14 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində qeydə alınıb. Bakı şəhər sakini Elvin Quliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Nizami Hüseynovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 973