Şərq Türkistandan sonra Türkiyədə - ZƏLZƏLƏ


16:16     03 İyul 2015 harita-640x360.jpg

Türkiyənin Balıkəsir bölgəsində 3,9 bal gücündə zəlzələ baş verib


Femida.az “Yeni Şafak” –a istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 01:22-də qeydə alınıb.

Zəlzələnin ocağı 6,99 kilometr dərinlikdə olub. Zəlzələ hiss olunduğundan, bəzi sakinlər evlərini qısa müddətə tərk ediblər. Dağıntı və xəsarət alan yoxdur.

Qeyd edək ki, bu gün uyğur türklərinin yaşadığı Çinin Sincan-Uyğur Muxtar rayonunda yerli vaxtla saat 09:07-də 6,5 gücündə zəlzələ baş verib.

Açar sözlər:

Oxunub: 841