300 qızın qatili necə tapıldı ? - DƏHŞƏTLİ QƏTLLƏR


02:09     04 İyul 2015 pedro4.jpg


Femida.az tarixin məşhur cinayətkarları mövzusunu davam etdirir.
Bu gün təqdim edəcəyimiz “ qəhrəman” tarixin ən dəhşətli cinayətkarı olan Pedro Alonso Lopesdir.


Gələcəyin qorxunc qatilinin uşaqlığı...

O,1949-cu ildə Kolumbiyada 10 illik vətəndaş müharibəsi zamanı anadan olub.Uşaqlığı müharibə illərində keçdiyindən onun təhsili ilə heç kim məşğul olmayıb. Buna görə o, nə yazmağı, nə də oxumağı bacarmayıb.

8 yaşı olanda anası özündən bir yaş balaca olan bacısıyla cinsi əlaqədə olarkən tutur. Amma sonradan o bunun razılıq əsasında olduğunu sübut etməyə çalışırdı. Bundan sonra anası onu küçəyə atır. Bir daha evə gəlməsinə qadağa qoyur. Balaca Pedro küçələrdə, zibil yeşiklərinin arasında gecələyir.Tezliklə bir yaşlı kişi ona sığınacaq və qida təklif edir. Kişi onu evinə gətirəndən sonra, bir neçə müddət çölə buraxmır. Burada balaca oğlan cinsi təcavüzə məruz qalır. Çətinliklə də olsa cəhənnəm adasından qaçıb canını qurtarır.




Yenə küçə, yenə tullantı... Onun həyatı yenidən beləcə davam edir. Onun bu acınacaqlı vəziyyəti yaşlı bir amerikanlının diqqətini cəlb edir. O, Pedronu evinə gətirir. Ona evdə yaxşı qulluq edirlər. Bu ailənin köməkliyi ilə Pedronu yetimlər üçün məktəbə qoyurlur. Burada da onun taleyi gətirmir. Məktəbin müəlliməsi tərəfindən ona cinsi təcavüz olur.


Cinayətkarın həbsxanada başına gələn dəhşətlər...

Bundan bezən Pedro məktəbin kassasından pulları götürüb qaçır. Onun həyatında yenidən küçə mühiti hökm sürür. O, növbəti 6 ili bu yolla keçirir. O, ilk vaxtlar xırda oğurluqla gününü keçirir. Daha sonra daha böyük oğurluqlara imza atır .Etdiyi əməllər onun azadlıqdan məhrum olmasına səbəb olur. Artıq 16 yaşında o həbsxana həyatını yaşayır. Onun məhbəs həyatı çox acınacaqlı keçir. Bir dəfə həsxananın tualetində dustaq tərəfindən cinsi zorakılığa məruz qalan Pedro, onu öldürməklə canını xilas edir. Bu hadisədən sonra onun işinə daha 2 il əlavə olunur.



Bütün bu acılara baxmayaraq o həbsxanadan sağ çıxa bilir. Onda həyata və insanlara böyük nifrət formalaşır. Həbsxanadan çıxan kimi o Peruya yollanır. Burada kimsəzilər üçün olan düşərgədə yerləşir. Pedronun artıq 21 yaşı var. O, ilk vaxtlarda düşərgədə normal münasibət göstərir.Lakin burada öz çirkin planlarını həyata keçirməyə can atır.

Pedro baş verənləri belə xatırlayır: ” Mən qızları sığınacağa gətirirdim. Onlarla münasibətdə olduqdan sonra xüsusi amansızlıqla öldürürdüm. İntim münasibətdən sonra onların əllərini başlarının arxasına bağlayırdım, günəş çıxanda artıq onlar bu həyatda olmurdu. Mən onları seçirdim. Kimsəsiz qızlar mənim hədəfimdə idi. Öldürmək mənə xoş idi. Onları gün işığında öldürüdüm və solğun gözlərini görmək mənə ruh verirdi.”





Onun azyaşlı qızları amansızlıqla qətlə yetirməsi ölkədə böyük həyəcana səbəb olur. O, artıq bir ölkədə “fəaliyyət göstərmir” , digər ərazilərə də keçir.
1980-ci ilin aprelində Ekvadorda güclü daşqın olur. İnsanların qarşılaşdığı mənzərə onları şoka salır. Daşqın zamanı çaydan asılmış və doğranmış azyaşlı qızların meyidi sahilə çıxır. Həmin hadisədən 2 gün sonra Pedro bazarda 12 yaşlı qızı qaçırmaq istəyir. Bütün bazara səs yayılır. Polislər bütün giriş-çıxışı bağlayır və cinayətkarı axtarır. Pedro nəhayət ki, ələ keçir. Məhkəmə zamanı hakim də olmaqla bir çoxları dəhşətli mənzərənin şahidi olurlar. Bu şəxs 300 nəfər qızın qatili olduğu məlum olur.



Onun etirafından sonra meyitlərin yalnız 53-nü tapmaq mümkün olub. Bu xəbər ölkədə güclü etirazlara səbəb olur. Xalq onun edamını tələb edir. Ölkə qanunlarına görə onun edamı mümkün olmadığına görə, ona 20 il cəza verirlər. O cəza müddətinin 3 ilini Kolumbiyada ruhi xəstələr üçün kalonda çəkir. Daha sonra azadlığa buraxılır. Çünki, məhkəmə onun ruhi xəstə olduğunu təssdiq edir.

Dünyanı şoka salan cinayətkar bu gün də sağdır...

Bu gün onun 66 yaşı var.Peruda tək bir evdə yaşayır.Tarixin dəhşətli cinayətkarı əməllərindən hələ də utanmadığını deyir. Ginnesin rekordlar kitabında «XX əsrin ən amansız» canisi olan Pedro Alonso Lopes hesab edilir.



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 5000