İŞİD Misirdə şəhər ələ keçirib


17:55     03 İyul 2015 SİD.jpg

Çıxılmaz vəziyyətdə qalan Misir hakimiyyəti İsraidən yardım istəyib.


Femida.az “Daily News”-a istinadən xəbər verir ki, İŞİD qüvvələri Misir hərbiçiləri ilə qanlı döyüşdən sonra Sinay yarımadasındakı Şeyx Zuveydi şəhərini ələ keçirib. Atışmalarda 70 misirli hərbiçi məhv edilib.

Hazırda Misir hakimiyyəti İŞİD-in Qəzzaya daxil olması ehtimalından böyük narahatlıq keçirir. Suriya, İraq və Liviyada şəhərlər ələ keçirən İŞİD qüvvələri indi də Misirdə torpaq ələ keçirib. Mövzu ilə bağlı açıqlama verən Misirin Baş naziri İbrahim Məhləb Misirin rəsmən müharibə vəziyyətində olduğunu bildirib.



Misir Ordusundan da açıqlama gəlib: “Silahlı Qüvvələrimiz İŞİD-ə qarşı acımasız bir müharibə aparmaqdadır. Sinay yarımadası terrorçulardan tam olaraq təmizlənənə qədər müharibələr davam edəcək”.

Misir ordusu uğurlu bir əməliyyat nəticəsində terrorçuların məhv edildiyini bəyan etsə də, məlumatlara görə İŞİD terrorçuları Sinay yarımadasındakı Bədəvi qəsəbəsi olan Şeyx Zuveydi ələ keçirib. Misir hərbiçiləri ilə terrorçular arasında atışmalar davam edərkən terrorçuların El Ariş şəhərini də ələ keçirə biləcəyi ilə bağlı məlumatlar dolaşır.

Misir Ordusu İŞİD-in hücumları nəticəsində 17 nəfər itki verdiyini bəyan etsə də, beynəlxalq xəbər agentlikləri bu sayın 70 olduğunu bildirir. Hətta, bəzi qaynaqlara görə, Misirin 200 hərbiçisini itirdiyi iddia edilir.

İsraildən yardım istədilər...



İŞİD bu həftə paylaşdığı yazıda Qəzza şəhərini idarə eləyən “Həmas” qruplaşmasını təhdid etmişdi və tezliklə bu şəhəri ələ keçirəcəyi ilə bağlı “Həmas” – ı hədələmişdi. İŞİD-in Qəzzaya yaxın yerdə, Sinay yarımadasında görünməsi Qəzza şəhəri üçün böyük təhlükəyə çevrilmişdi. Misir dövləti belə bir ehtimalın reallaşmaması üçün İsrail ilə birlikdə hərəkət etmək niyyətini bəyan edib. Bununla bağlı açıqlama verən Misirin dövlət başçısı Abdülfəttah el-Sisi İsrail dövlətini Misir torpaqlarında terrorçulara qarşı birgə döyüşmək üçün “dəvət edəcəyini” bildirib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 974