8 övladını öldürən qadına - 9 illik həbs


18:36     03 İyul 2015 82c70516192358c68f724e53d12ae10c.jpg

Fransada 8 övladını qətlə yetirmiş qadına 9 illik həbs cəzası verilib.


Fərdi evlərdə tibb bacısı işləyən 51 yaşlı Dominik Kottre 1989-2000-ci illər ərzində dünyaya gətirdiyi uşaqların hamısını öldürülüb.

Məlum olub ki, qadın uşaq vaxtlarından öz valideyni ilə intim münasibətdə olduğu üçün dünyaya gətirdiyi körpələrin atasının məhz onun olduğunü düşünüb və bu üzdən onları boğub. Lakin testlər göstərib ki, körpələrin atası qadının əri Pyer Mari Kottre olub.

D. Kottre artıq çəkidən əziyyət çəkdiyi üçün ətrafdakılar onun hamilə olduğunu bilməyiblər. Qadın uşaqları öz evində hamam otağında dünyaya gətirirmiş, sonra onları boğaraq meyitlərini evin yaxınlığında gizlədirmiş. Körpələrin bəzilərinin meyitləri qarajda, digərlərinin isə paltar dolablarında tapılıb./apa/

Açar sözlər:

Oxunub: 1111