`Siz şəhidin nə demək olduğunu bilmirsiniz`- Günay Arda yazır

`Siz şəhidin nə demək olduğunu bilmirsiniz`- Günay Arda yazır


00:05     11 Avqust 2016 gunay%20arda%20azvision%20koshe.jpg

“Hər nə olur-olsun, şəhid ailəsi pul davası edə bilməz. Şəhid Vətən üçün canını verib. Bu, pul davasına əsas vermir. Vətən kimsəyə borclu deyil”.



Cümləmin arxasındayam. Vətən kimsəyə borclu deyil. Üstündə gəzən, yeyən, içən hamı Vətənə borcludur. Canıyla, qanıyla zamanı gəlincə borcunu ödəməlidir. Yuxarıda oxuduğunuz cümləyə görə kimisə təhqir etmişəmsə, məsuliyyət daşıyıramsa, cavab verməyə hazıram.

Mən “yetim”, “şəhid uşağı”, “aztəminatlı” ifadəsinin ağrısını, yükünü 23 ildir ki, ruhumda, canımda daşıyıram. Bu sözlər mənə ağırlıqdan, çarəsizlik hissindən başqa heç nə verməyib. Övlad atanın pis əməllərinə cavabdeh olmadığı kimi, ölümündən də faydalanmamalıdır. İndi yaşı otuzu keçmiş şəhid uşaqları özləri valideyndir, özləri uşaq məsuliyyəti daşıyır. Həyatlarını qurublar.

Uşaqlığımız ən amansız illərə, müharibə və sonrasına düşüb. Hamı hamı kimi yaşayıb. Heç kim daha artığını dövlətdən ummayıb... Biz heç birimiz acından ölmədik, böyüdük. Ailə başçısı, iş-güc sahibi olduq...

Şəhid ailəsi, şəhid uşağı bütün dövlətlərin tarixində, bütün dövlərdə olub və olacaq. Nə qədər ki, insan var, müharibə, torpaq davası olacaq. Bu, qırılmaz zəncir kimi minilliklər boyu davam edəcək. Planetin heç bir dövləti bundan sığortalanmayıb. Şəhidi olmaq bir xalqın faciəsi yox, qürurudur. Qürur isə istifadə üçün əsas vermir. “Torpaq, uğrunda ölən varsa, vətəndir” ifadəsi yalnız məktəbdə öyrədilən cümlə deyil, bütün xalqların reallığıdır.

Yazdığım cümlədə təhqir yoxdur, konkret kiməsə hesablanmayıb. Kimsə hədəf göstərilməyib. Lakin mən bu cümləyə görə hədəf göstərilmişəm. Konkret adamlar və konkret feysbuk səhifələri məni hədəf göstərərək hər cür təhqirə və alçaltmaya məruz qoyub.

Mənim, yəni Günay Ardanın, indiyədək hansısa xarici dövlət və ya təşkilatdan maliyyələşib ölkəsinə xəyanət yazıları yazmayan, işlədiyi hər yerdə Qarabağ, şəhid ailəsi, məcburi köçkün və qaçqın mövzusunu prioritetə çevirən jurnalisti AXCP və ətrafının işlətdiyi səhifələr şəhid düşməni kimi təqdim etdi. Həyatında bir şəhid ailəsi belə tanımayan, bir şəhid ailəsinin problemini bilməyən partiyafasonun nümayəndələri hər cür vasitə ilə jurnalist fikrini siyasiləşdirməyə çalışdı. Mən təhqir üçün hədəf seçildim, müxalifətfasonun nümayəndələrinin özünüreklamı üçün vasitə oldum. Saysız-hesabsız saxta profillər fotolarımı sosial şəbəkədə paylaşıb, “Buyurun, söyün” yazdı.

Siz şəhidin nə demək olduğunu bilirsinizmi?

Nəslinizdə neçə şəhid var? İllərdir, xarici fondların sizə ayırdığı tulapayının neçə faizini şəhid ailələrinə xərcləmisiniz?

London və Amerikada gey-paradlar təşkil edən övladlarınızın neçə şəhid övladı qrup yoldaşı var?

Üç gün ərzində fotolarımın dolaşdığı profillər, təhqir olunduğum səhifələrdə bircə nəfər də olsun, ictimai çəkisi, nüfuzu olan, özünə hörmət edən adam adına rast gəlinmədi. Məni təhqirə məruz qoyanlar eyni yerdən idarə olunan tula yığını, eyni pulla reklama qoyulan səhifələr oldu. Mən konkret adamlar tərəfindən, konkret partiya və partiya idarəçiləri tərəfindən söyüş və təhqir hədəfinə çevrilmişəm. Alçaldımışam. Bu ölkədə JEK müdirinə söz deyə bilməyən kişiciklər məni monitor arxasında kinini, bədbəxtliyini qusmağa hədəf seçib. 23 illik fiaskoya uğramış siyasi və ictimai iddialarının heyfini məndən çıxmağa çalışıblar.

Siz şəhidin nə demək olduğunu bilmirsiniz. Siz şəhid olmamısınız. Uşağınız atasız qalmayıb. Şəhid adı sizin üçün yalnız istifadə vasitəsidir. Məqsədiniz xal toplamaqdır. Amma nə fayda... 23 ildə bacarmadığınızı jurnalist söydürməklə bacara bilməzsiniz. Biz bu adı heç vaxt vasitəyə çevirmədik. Bu adla pul qazanmadıq. Bu adla ev tələbində, pul tələbində bulunmadıq. Bu adla mövqe qazanmağa cəhd etmədik. Özümüzü gözə soxub, kimlərinsə hisslərini istismar etmədik. Edənləri də pisləməyə davam edəcəyik.

Bu təhqir sifarişini verənlər səhifələrə öz səviyyələrinə uyğun adlar da qoyub. Bu adlar yəqin ki, nəsil, kök adlarıdır. Bu səhifələr gün ərzində 10 dollar reklama qoyulmaqla idarə olunur. Bu vasitə ilə 300 nəfərə çatır. AXCP və Əli Kərimlinin ətrafı bu pulu necə topladığının izahını versin. Məni təhqir üçün xərclədiyi pulu bir şəhid ailəsinə göndərsin. Təhqir və alçaltma üçün hədəf göstərilmişəm. Sahibi olan it sürüsü tərəfindən söyülmüşəm. Bunu skrinşotlarla isbat etmək çətin deyil. Məhkəməyə müraciət edib təzminat da tələb edə bilərəm. Lakin mənim cüzdanımda gey-parad təşkilatı üçün verilmiş pula yer yoxdur.

Bu cəbhədə olan it sürüsünün mənimlə problemi “Avroviziya” mahnı müsabiqəsi ərəfəsinə aiddir. Müsabiqəyə cəmi 3 gün qalmış AXCP-nin Bakıda gey-parad təşkil edəcəyi, bunun üçün Almaniyadan 300.000 manat alması haqda xəbəri mən yazmışam. Bu xəbərdən sonra AXCP-də nə qədər homoseksual varsa, 1 ay boyunca sosial şəbəkədə şəklimi paylaşıb və məni təhqir etdirdi. Nəhayətdə “Nauman” fondunun vasitəsi ilə təşkili nəzərdə tutulmuş mitinq reallaşmadı. Həyatı, siyasi karyerası fiaskoya uğramış bədbəxtlər, şəhid ailəsi və adı sizə homoseksualların mitinqini təşkil etmək qədər sadə gəlməsin. Təhqir edənlərin və şəklimi paylaşanların içərisində bircə dənə də olsun, nüfuzu, çəkisi, şəxsiyyəti olan adama rast gəlinmədiyi üçün məhkəməyə müraciət üçün tərəddüd edirəm. Şəxsiyyət vəsiqəsi almaq hələ şəxsiyyətinin olduğuna əsas vermir.

P.S. Jurnalistika ilə yanaşı sosial işlə də məşğulam. Sosial işin praktikasını bildiyim kimi nəzəriyyəsinə də bələdəm. Sosial işin nəzəriyyəsində isə homoseksuallar və AİDS-dən əziyyət çəkənlər ümumi qrupa daxil edilir. Bu qrupa “Həssas qrup” adı verilib. Yumşaq kişilərin adı şəhid siyahısında yox, feysbukda söyüş səhifələrində olar... Həssas qrupun nümayəndələrini həssas yerlərinə görə bu dəfə bağışlayıram.

P.P.S. Yumşaq cinslə işim olmaz.

Açar sözlər:

Oxunub: 3147


Oxşar xəbərlər