`QHT üçün fərqi yoxdur, onu kim maliyyələşdirir` - Mehriban Zeynalova


19:10     17 Aprel 2015 10405263_777893992296045_5298580589466097513_n.jpg


Hüquq müdafiəçisi, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, Daxili İşlər Nazirliiyi İnsan alveri qurbanlarına kömək fondunun sədri Mehriban Zeynalova Femida.az-ın suallarını cavablandırıb.

QHT-lərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?


Hazırda QHT təşkilatlarının vəziyyət kifayət qədər ürəkaçan deyil. Ələxsus da xidmət göstərən təşkilatlar iflic vəziyyətdədir. Çünki ölkədə kifayət qədər donor patensialı yoxdur, Nazirlər Kabineti isə xarici donorlarla iş qaydalarını hələ də müəyyən etməyib. Sığınacaqların maliyyələşməsi kimi vacib bir fəaliyyət diqqətdən kənardır. O cümlədən, çətin vəziyyətdə olan qadınlara pulsuz hüquqi xidmət paketinin həyata keçirilməsi üçün də imkanlar məhduddur. Bu ilin əvvəlindən zorakılığa məruz qalmış qadınlar üçün pulsuz “Hüquq Klinika”mız demək olar ki, könüllü fəaliyyət göstərir. Müraciətlərin dinamikası artıb. Lakin etiraf edək ki, işçi də bu qədər könüllü işləmək imkanına malik deyil. Bu isə uzun müddət ixtisaslaşmış kadr potensialinin itkisi ilə nəticələnir.

İnsan alveri ilə mübarizə sahəsində nə kimi yeniliklər var?

İnsan alveri ile mübairzə sahəsində dəyişiklik əsasən qanunvericiliyin təkmilləşməsi ilə diqqəti cəlb edir. Keçən il qəbul edilən Milli Fəaliyyət Planı qeyd etdiyiniz proqram fəaliyyətidir . Milli Fəaliyyət Planı daha çox həssas vəziyyətdə olan uşaqlarla bağlı kifayət qədər fəaliyyətlər nəzərdə tutulub. Eləcə də, Kömək Fondunun Sığınacağın fəaliyyətinin təkmilləşməsi ilə bağlı hazırda Nazirlər Kabinetinə təkliflər göndərilib.
Səhiyyə Nazirliyi öz tərəfindən 9 tibb müəssisəsinin qurbanlara xidmət üşün ayırılıb. Qeyd edim ki, bu müəsissələr əvvələr cəmi 4 idi.


Statistika nə deyir? Mübarizə üçün yeni proqram lahiyəsi varmı?

İnsan alveri üzrə xaraketirk xüsusiyət dəyişməz qalır. Yəni əsasən cinsi istismar və əməyin istismarı insan alveri fomraları üçün dəyişməz qalır. Əsas təyinat ölkəsi Türkiyə respublikasıdır. Maraqlı bir cəhət 2013 də daşınmalar zamanı İran islam Respublikasına daşınma olsa da, 2014 də belə fakt aşkarlanmayıb.
Əməyin istismarı faktı əsasən kişilərlə bağlıdır.

QHT-lər ailədaxili zorakılıq qurbanlarına maddi (yaşayış yeri, qida təminatı) komək etmək iqtidarındadırmı? Xarici fondların yardımı dayandırması təşkilatınızın fəaliyyətinə nə dərəcədə təsir edib?

Bizim üçün əhəmiyyətli deyil QHT xarici donordan maliyyələşsin , ya milli donordan. Əsas məsələ uzunmüddətli layihələrin dəstəklənməsidir. Təsəvvür edin ki sığınacağın maliyyələşməsi 6 aylıq olarsa bu nə dərəcədə düzgündür? Hansı reabilitasiya effektivliyindən danışmaq olar? Yaxud qadınlara pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı eyni vəziyyət...

Baxmayaraq ki, məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunda maliyyələşməsi nəzərdə tutulsa da, hələ də Sosial müdafiə Nazirliyi tərəfindən bu istiqamət prioritet olaraq götürülməyib. Daha cox uşaqlara diqqət ayrılır. Odur ki, hazırda təşkilatlar sadəcə könüllü fəaliyyəti göstərir bu isə nə qədər davam edə bilər deyə bilmərəm.


Təşkilat rəhbəri kimi dövlətdən daha çox hansı dəstəyə ehtiyacınız var?

Maddi problemlərimiz çoxdur. Biznes sektor, ayrı-ayrı işadamları yarımdan imtina edir. Çoxu düşünür ki, bu qadın əxlaqsızlıq edibsə, ona niyə kömək etməliyəm? Halbuki, cəmiyyət əxlaq standartlarında problem yaşayır. Hamı indi qadınlarda mənəvi dəyərlərin deqradasiyasından danışır. QHT ölkədə vətəndaş stabilliyinə xidmət etməlidir. Əgər vətandaş hər hansı çətinlikdədirsə, QHT onu vaxtında aşkarlayıb yardım edirsə bu hər hansı aqressiyanın azalması ilə nəticələnir. Dövlət qulluqçusu kucədə həssas qrupla işləyə bilməz.

Çünki, o, dövlət siyasətini həyata keçirir . QHT isə aşkarlayır məlumatlandırır və istiqamətləndirir. Təbii ki, bütün icra alətləri dövlətin əlindədir. Lakin bəzən məmurların insanlarla davranış modeli vətəndaşı hökumətdən narazı sala bilər .QHT bu yerdə yaxşı vasitəçi ola bilər.

Qanunların icrasında, qanunun aliliyinə hörmət hissini aşılamaqda QHT rolu əvəzsizdir. QHT hökumətin siyasətinin düzgün icrasında yaxşı dsətkci ola bilər. Lakin hazırkı durumda QHT bunların hec birini etmək iqtidarında deyil.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 2349