Türkiyə ​Suriya ilə sərhədə xüsusi təyinatlılar yerləşdirir


23:44     03 İyul 2015 ff92280b-e85a-4969-8d92-8e27c6b9b4d2_292.jpg


Türkiyə ordusunun Tunceli 4-cü Xüsusi Təyinatlı Komandanlığının taboru Suriya sərhədinə doğru yola düşüb.

Femida.az xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Tabor hər cür döyüş qabiliyyəti olan rütbəli əsgərlərdən ibarətdir. Məlumatda bildirilib ki, bu tabor terrora qarşı mübarizə üçün yüksək səviyyədə təlim keçib.
Tabor Suriya sərhədində yerləşdirliləck və ehtimal olunan istənilən silahlı insidentə ilk müdaxilə edəcək.
Xəbərə əsasən, onları havadan "Kobra" tipli vertolyotlar müşayiət edib.

Açar sözlər:

Oxunub: 752