Polisləri öldürmək istəyən şəxsin məhkəməsi olacaq


20:41     13 Avqust 2016 mehkeme_25868657761.jpg

Bakıda iki polis əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən şəxs barəsində olan hökmdən apellyasiya şikayəti verib.


APA-nın məlumatına görə, şikayətə avqustun 15-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Bəkirov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək” ticarət mərkəzində qapıçı işləyən, əvvəllər məhkum olunmuş İsmət Bəkirovun qadağan edilmiş ərazidə siqaret çəkib yerə atması səbəbindən həmin vaxt orada xidməti vəzifələrini icra edən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə şöbəsinin polis nəfərləri Şaiq Ağayev və Vüqar Qəmbərov ona yaxınlaşaraq bu barədə iradlarını bildirib.

İsmət Bəkirov iraddan qəzəblənərək üstündə gəzdirdiyi bıçaqla V.Qəmbərovun bel nahiyəsindən, Ş. Ağayevin isə qarın boşluğundan daxilə nüfuz edən xəsarətlər yetirməklə onları qəsdən öldürməyə cəhd edib

Açar sözlər:

Oxunub: 1052