Övladlarının gözləri önündə özünü asdı - Ucarda DƏHŞƏT


22:27     13 Avqust 2016 gelinn3.jpg

Bu gün Ucar rayonunda baş verən intihar hadisəsinin bəzi təfərrüatı məlum olub.


Ucar rayon polis şöbəsindən verilən məlumata görə, özünü asan iki uşaq anası, 1991-ci il təvəllüdlü Gülümnar Qasımova iki azyaşlı uşağı birgə yaşayırmış. Onun həyat yoldaşının uzun müddətdir Rusiya Federasiyasında işlədiyi bildirilir.

Şöbədən verilən məlumatda o da qeyd edilib ki, 25 yaşlı qadın evin həyətində, iki azyaşlı uşağının gözlərinin önündə özünü asaraq intihar edib. Gənc qadının intiharına nəyin səbəb olduğu isə hələ ki bilinmir.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında rayonun Qaracallı kəndində qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 4623


Oxşar xəbərlər