Dənizdə batan üç nəfər xilas edilib


23:24     13 Avqust 2016 big_1404314237_bogulma.jpg

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda dənizdə bir nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daha bir məlumat isə Xəzər rayonunda dənizdə iki nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi ilə bağlı daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 1436