Şəkidə 21 yaşlı oğlan yandı


23:44     13 Avqust 2016 neftciler-xestexanasina-getirilenlerin-siyahisi_156632043d6140-xebervar_com98.jpg

Şəki rayon sakini ağır yanıq xəsarəti alıb.


Rayonun Qudula kənd sakini, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılovun üzərinə yaşadığı evin həyətyanı sahəsində ocağın üstündə qaynayan su ilə dolu qazan aşıb.

Yanıq xəsarətləri alan Samir İsmayılov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Ona bədənin 2-3-cü dərəcəli termiki yanıq diaqnozu qoyulub.
Samir İsmayılova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan müayinə və müalicəsini davam etdirmək üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1671