Oğuzda faciə - Toyuna 7 gün qalmış dağdan yıxılıb öldü


00:28     14 Avqust 2016 meyit%20mese.jpg

Oğuz rayonunda bədbəxt hadisə baş verib.


Rayonun Filfilli kənd sakini, 1988-ci il təvəllüdlü Sərxan Sərdar oğlu Seyidəliyevin meyiti bu gün günün ikinci yarısında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Oğuz rayonunun Filfilli kəndi ərazisində, yüksək dağlıq ərazidən tapılıb. İki gün əvvəl dostu ilə dağlıq əraziyə ov etmək üçün getdiyi güman edilən 28 yaşlı Sərxan Seyidəliyev yüksək qayalıqdan yıxılaraq aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, Sərxan Seyidəliyevin avqustun 20-də toyu olacaqmış. (Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1433