İlisu qoruğunda yanğın olub


13:31     14 Avqust 2016 82824baa7bb9f06b3dc5045cc9db12e4.jpg

Avqustun 13-də Qax rayonu, Ağyazı kəndində yanğın nəticəsində dağ ətəyi ərazidə 100 ha sahədə quru ot və kol-kos yanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İlisu Dövlət Təbiət Qoruğu yanğından mühafizə olunub.

Yanğın saat 21:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1413


Oxşar xəbərlər