28 yaşlı oğlan Xəzərdə batdı


17:08     14 Avqust 2016 batmaq.jpg

Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Xaçmaz rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal xilasedicilər hadisə yerinə cəlb olunaraq Rusiya Federasiyası vətəndaşı, 1988-ci il təvəllüdlü, Nağıyev Arzu Gündüz oğlunun cəsədini sudan çıxarıb və aidiyyati üzrə təhvil vermiblər. Əməliyyat saat 11:45-də başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1261