Sudanda daşqınlar: 100 ölü


01:01     15 Avqust 2016 Mideast-Sudan_Horo.jpg

Sudanda yağan güclü yağış və baş verən daşqınlar nəticəsində 100 nəfər ölüb.


Femida.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ən çox ziyan Eritreya ilə sərhəddə yerləşən Kasala ştatına dəyib.

İki həftə davam edən şiddətli yağışlar və daşqınlar nəticəsində burada 8 min ev dağılıb, 25 nəfər ölüb.

Təbii fəlakətlə əlaqədar 122 min insan evini tərk etmək məcburiyyətində qalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1302