Dilqəm Əsgərov ermənilərdən əfv istəmədi
18:36 04 İyul 2015
Ötən ilin iyulunda Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərə girov düşmüş və qondarma “Dağlıq Qarabağ Respublikası”nın “məhkəməsinin” qərarı ilə azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov bağışlanması üçün erməni separatçılara müraciət etməyib.
Femida.az “news.am`-a istinadən xəbər verir ki, bu barədə azərbaycanlı girovun “vəkili`i Erik Beqlaryan jurnalistlərə açıqlamasında verib.
Beqlaryanın sözlərinə görə, Əsgərov bağışlanması üçünü qondarma “respublikanın” “prezidenti” Bako Saakayana müraciət etməkdən imtina edib.
Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Oxunub: 927
Oxşar xəbərlər
- Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş olub
- Dilqəmin oğlu ATƏT-in sammitində çıxış etdi: `Atamı ermənilər oğurlayıb`
- Dilqəm Əsgərovun oğlu ATƏT-də çıxış edəcək
- Dilqəm Əsgərov məktublara cavab yazmır
- Dilqəm Əsgərovun atası vəfat etdi
- Dilqəm məktub yazdı: `İsti paltar lazım deyil`
- Dilqəm Əsgərovun ailəsi prezidentə müraciət etdi
- Dilqəmin ailəsi yenidən Putinə müraciət edəcək - FOTO
- Dilqəm Əsgərov ermənilərdən rəhm istəmədi
- Dilqəm və Şahbaz ailələri ilə “Skype”-da danışacaq