Jurnalisti güllələdilər


20:22     17 Aprel 2015 moroz45.jpg

Ukraynada son 3 gün ərzində 3-cü jurnalist öldürülüb.


Femida.az -ın Ukrayna Daxili İşlər Nazirliyinin Xmelnitski vilayəti üzrə idarəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Neteşinsk xəbərləri” qəzetinin baş redaktoru Olqa Moroz Xmelnitski vilayətində yerləşən Neteşinsk şəhərindəki evində ölü tapılıb.

Xəbərdə deyilir ki, baş redaktor Olqa Moroz öldürüb, cəsəddə zorakılıq əlamətləri aşkar edilib.

Versiyaya görə, onun qətli sifariş xarakter daşıyır. Olqa Moroz son günlərdə yaşadığı vilayətdə ağacların qeyri-qanuni kəsilməsilə ilə bağlı material üzərində işləyib.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 1089