Oğurladığı maşının rəngini dəyişib sürürmüş - Bakıda


04:36     18 Avqust 2016 e48f6684a308d9bf0a67b467f10d905f.jpg

Bakıda maşın oğurlayan usta tutulub.


Femida.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş Muxtar Əsgərov ona məxsus VAZ-2104 markalı avtomobilin qaçırıldığını bildirib.

Rayon polis idarəsinin 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Laçın rayon sakini Əlibaba Quliyev saxlanılıb. İdarədə dindirilən Əlibala törətdiyi əməli etiraf edib. Özünün maşın ustası olduğunu deyən Əlibala Quliyev avtomobili oğurladıqdan sonra başqa bir rənglə boyayaraq və özünə məxsus avtomobil nömrəsini taxaraq idarə etdiyini deyir.

Araşdırmalar zamanı Əlibalanın qaçırılan avtomobilin dövlət qeydiyyat nişanlarını yaxınlığındakı zibilxanaya atması, sənədləri isə yandırması müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1535