Gecə güllələnən iş adamı Rövşən Lənkəranskidir - FOTOLAR


15:20     18 Avqust 2016 rovsen2.jpg

Bu gecə İstanbulda öldürülən azərbaycanlı iş adamı Rövşən Əliyevin avtoritet Rövşən Lənkəranski olduğu iddia edilir.


Femida.az xəbər verir ki, Türkiyə mediasında yayılan məlumata görə Lənkəranski ilə bərabər sürücüsü də güllələnib. Nəticədə Lənkəranski yaralanıb, sürücü isə hadisə yerində ölüb. Silahlı şəxslər hadisə yerindən qaçıblar.

Yaxınlarının verdiyi məlumata görə, Lənkəranski çoxlu sayda güllə yarası alıb. Hazırda Rövşənin qardaşı da təcili Türkiyəyə gedib.

Qeyd edək ki, Lənkəranski Azərbaycan 90-ND-011 dövlət nömrə nişanlı avtomobildə olub.







Açar sözlər:

Oxunub: 5298