Vyetnamlı rəsmilər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində


23:17     04 İyul 2015 unnd%20(2).jpg

Vyetnamın Kommunist Partiyası Siyasi Bürosunda Ədliyyə İslahatları üzrə Komissiyasının daimi sədr müavini, nazir xanım Le Thi Thu Banın başçılıq etdiyi nümayəndə heyəti iyulun 4-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olub.


Baş Prokuroluğun mətbuat xidmətindən Femida.az - a verilən məlumata görə, qonaqları salamlayan Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Prezident cənab İlham Əliyevin siyasi iradəsinə uğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional tədbirlər, habelə Baş İdarənin fəaliyyəti barədə ətraflı məlumat verib, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı xüsusi vurğulayıb.

Sonra qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında normativ-hüquqi aktlarla zəngin və digər dövlət orqanlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi, vətəndaşların qəbulu otağı ilə yaxından tanış olubar.

Baş İdarədə yaradılmış yüksək iş şəraitindən məmnunluğunu ifadə edən qonaq xanım Le Thi Thu Ba ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş naliyyətləri yüksək qiymətləndirub.

Qonaqlara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim edilib.

Açar sözlər:

Oxunub: 786


Oxşar xəbərlər