Co Bayden Türkiyəyə səfər edib


16:14     24 Avqust 2016 bayden_dzh.jpg

ABŞ-ın vitse-prezidenti Co Bayden Ankaraya səfərə gəlib.


Femida.az Haberturk-ə istinadən xəbər verir ki, Ankara Esenboğa hava limanında onu Türkiyənin ABŞ-dakı səfiri Serder Kılıc və ştatların Türkiyədəki səfiri Con Bass qarşılayıb.

Bayden Türkiyə Böyük Millət Məclisini ziyarət etdikdən sonra baş nazir Binəli Yıldırımla görüşəcək. Rəcəb Tayyib Ərdoğanla isə prezident sarayında görüşəcək. Media üçün qapalı keçiriləcək bu görüşlər başlamazdan əvvəl KİV təmsilçilərinin foto çəkməsinə icazə veriləcək.

Qeyd edək ki, görüşlərdə əsas müzakirə mövzuları Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası, Suriya məsələsi və ikitərəfli əlaqələrin perspektivi olacaq.

Açar sözlər:

Oxunub: 773