Ölən xəstənin qohumları həkimi bu hala saldı - FOTO


20:12     24 Avqust 2016 doyulen%20hekim.jpg

Gəncə şəhərində yerləşən “Yeni Gəncə” tibb mərkəzində 17 yaşlı qızın cərrahiyyə əməliyyatı zamanı ölməsi barədə məlumat vermişdik. Xəstənin yaxınları ölüm hadisəsindən sonra həkim-anesteziloqa hücum edib, onu döyüblər. Döyülən həkimin fotoları sosial şəbəkələrdə yayılıb.




Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb.

Gəncə Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 10800