Şizofren anasının başını kəsdi


15:05     06 İyul 2015 anasının%20basını%20kəsib.jpg

Türkiyədə şizofren xəstəsi anasının boğazını kəsərək öldürüb.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konya şəhərində şizofren xəstəsi İbrahim adlı şəxs mübahisə elədiyi anasının başını kəsərək öldürüb. Hadisə yerinə yaxın olan küçələrin birində saxlanılan şizofren jurnalistlərin “Nəyə görə öldürdün?” sualını “Sən dəccalsan(şeytan) dedim və öldürdüm” deyə cavablandırdı.

Hadisə gecə saatlarında baş verib. İddialara görə, 4 uşaq anası Aysel D. ilə şizofren xəstəsi olduğu irəli sürülən oğlu İbrahim D. arasında mübahisə yaranır. Oğlu tərəfindən döyülən ana mətbəxə qaçaraq qapını kilidləyir. Anasının arxasından gedən İbrahim qapını qırıb əlindəki mətbəx bıçağı ilə onun boğazını kəsir. Qətli törətdikdən sonra evdən ayrılan İbrahim D. küçədə polis tərəfindən saxlanılır. Evə gələn polislər Aysel D. – ni qanlar içində görüb təcili tibbi yardım xəstəxanasına zəng vururlar. Hadisə yerinə gələn həkimlər qadının öldüyünü müəyyənləşdirir.
İbrahim D. hadisə yerinə yaxın küçələrin birində gəzərkən saxlanılıb. Onun danışmaqda çətinlik çəkdiyi açıq şəkildə sezilib. İbrahim D. jurnalistlərin “Nəyə görə öldürdün?” sualını “Həbləri qəbul etdim, Həzrəti İsa dedi, “O zaman sən də dəccalsan(şeytan)” dedim və öldürdüm” şəklində cavab verdi. Şübhəli ifadəsi alınmaq üçün polis şöbəsinə götürülərkən, anasının cansız meyiti ekspertiza üçün morqa aparılıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 851


Oxşar xəbərlər