`Araşdırma aparılmır` - Nazirlikdən ölən qızla bağlı açıqlama

`Araşdırma aparılmır` - Nazirlikdən ölən qızla bağlı açıqlama


16:17     25 Avqust 2016 burun%20emeliyyat;.png

Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucovanın "Yeni Gəncə" tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat etməsi ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən hər hansı araşdırma aparılmır.


Femida.az bildirir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hadisə ilə əlaqədar ya A.Orucovanın yaxınları, ya da hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyinə (SN) araşdırmanın aparılması üçün müraciət etməlidirlər. Lakin indiyədək nə mərhumun yaxınları, nə də hüquq-mühafizə orqanları tərəfindən SN-yə müraciət daxil olub. Bu səbəbdən də SN özəl klinikada baş vermiş bu hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.

Qeyd edək ki, avqustun 23-də Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Aygül Orucova "Yeni Gəncə" tibb mərkəzində burundan estetik əməliyyat olunarkən vəfat edib. Araşdırma zamanı toplanmış materialda A.Orucovanın ehtiyatsızlıqdan öldürülməsi cinayətinin əlamətləri mövcud olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 6703