Ermənilərin məxfi informasiyaları ələ keçdi - Açıqlama


21:51     25 Avqust 2016 security-padlock.jpg

Azərbaycanlılardan ibarət “Anti-armenia Team” adlı xaker qrupu tərəfindən keçirilən kiber əməliyyatlar nəticəsində ermənistanın dövlət strukturlarına, hüquq-mühafizə orqanlarına məxsus böyük həcmli məxfi informasiyalar ələ keçirilib.



Qrupun mətbuat xidmətindən Femida.az - a verilən məlumata görə, həyata keçirilən kiber hücum nəticəsində ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin serverlərinə giriş əldə edilib, həmin serverlərdən tam məxfi informasiyalar ələ keçirilib.

Əldə olunmuş informasiyalar arasında ermənistana səfər edən bütün xarici vətəndaşlar haqqında məlumatlar da aşkar edilərək götürülüb. Bundan əlavə hakerlər bu informasiyaların arasında ermənilərin Amerika Birləşmiş Ştatların digər ölkələrlə münasibətinə qarışaraq bu ölkələrdəki diplomatları və rəsmi şəxslərinin adına ləkə gətirəcək qara yaxma xarakterli, eləcə də bu şəxslərin fəaliyyətinə başqa don geydirən analitik yazıya rast gəliblər.

Nəzərinizə çatdırmaq istəyirik ki, İnformasiya təhlükəsizliyi sahəsində böyük uğurlara imza atmış və dəfələrlə düşmən tərəfini təşfişə salan səs-küylü kiber hücumlar həyata keçirmiş “Anti-armenia Team” 5 ildir müstəqil fəaliyyət göstərən yeganə xaker qrupudur.

Açar sözlər:

Oxunub: 6181