Avtobus körpüdən aşdı - məmurlar öldü


15:33     06 İyul 2015 1433926286215.jpg

Çinin Tszyan şəhərində Cənubi Koreyadan olan 26 nəfər dövlət qulluqçusunu aparan avtobus körpüdən aşıb.


Femida.az-ın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, sürücü də daxil olmaqla 11 nəfərin həlak olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri hələ ki məlum deyil. Baş verənlər Çin hökuməti tərəfindən araşdırılır.

Məlumatda Cənubi Koreya məmurlarının Çinə tədris məqsədilə gəldiyi vurğulanır.

Açar sözlər:

Oxunub: 766